Məşhur futbolçuya coşqulu vida
Almaniya millisinin heyətində dünya çempionu olmuş Lukaş Podolski 40 yaşında karyerasını başa vurub.
Sportline.az xəbər verir ki, bununla əlaqədar onun çıxış etdiyi Polşanın “Qurnik” komandasının azarkeşləri coşqulu vida mərasimi təşkil edib.
Qeyd edək ki, bugünlərdə yayılan məlumata görə, Podolski adıçəkilən klubun səhmlərinə sahib olub.