Məşhur futbolçuya hücum edən saxlanıldı

"Liverpul"un sabiq futbolçusu Hari Makallisterə hücum edən şəxs, polis tərəfindən saxlanılıb.

Sportline.az The Sun-a istinadən xəbər verir ki, hazırda "Qlazqo Reyncer" klubunda baş məşqçi Stiven Cerardın köməkçisi kimi çalışan mütəxəssis, həftəsonu Lids şəhərində naməlum şəxs tərəfindən hücuma məruz qalmışdı.

Həyat yoldaşı ilə taksi gözləyən Makkalister aldığı qəfil zərbədən ciddi xəsarət aldığından, xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun zədələnmiş dodağına 10 tikiş qoymuşdular. 

Qeyd edək ki, polis, Makallisterə hücum edən 32 yaşlı şəxsi ötən gecə yaxalayıb.