Məşhur futbolçuya silahlı hücum olub

İngiltərənin “Vest Hem” klubunun hücumçusu Endryu Kerrol silahlı hücuma məruz qalıb. SportLine.az xəbər verir ki, ötən gün məşqdən qayıdan futbolçunun avtomobilini saxlatdırmağa çalışıblar. Canını silahlı quldurlardan çətinliklə qurtaran Kerrol özünü klubun bazasına çatdırmağı bacarıb. İngiltərə polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.