Məşhur idmançı 45 min maska payladı

Məşhur amerikalı tennisçi Serena Uilyams koronavirusla mübarizəyə qoşulub.

Sportline.az xəbər verir ki, dünyanın sabiq bir nömrəli qadın tennisçisi, bu məqsədlə 45 min tibbi maskanın pulunu ödəyib.

Həmin maskalar, Kompton şəhərində ehtiyacı olan insanlara paylanılıb.

Qeyd edək ki, Serena və Vinus Uilyams bacıları, məhz bu şəhərdə tennislə məşğul olmağa başlayıblar.