Məşhur idmançı karyerasını bitirir

Dünya tennisinin məşhur simalarından olan Endi Marrey karyerasını bitirmək qərarına gəlib.

Sportline.az xəbər verir ki, britaniyalı idmançı Paris Olimpiadasından sonra kortla vidalaşacaq.

"Parisə son yarışıma gəlmişəm. Britaniyanın şərəfini qoruduğum yarışlar karyeramın ən yaddaqalanlarıdır. Bundan qürur duyuram". - deyə Marrey sosial şəbəkədə qərarını açılayıb.

Qeyd edək ki, Endi Marrey kişilərin şəxsi yarışlarında yeganə ikiqat Olimpiya çempionudur. 

O, həmçinin "Böyük dəbilqə" turnirlərinin də üçqat qalibidir.