Məşhur idmançı koronavirusa yoluxdu
"Bruklin Nets"in forvardı Kevin Dürant koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, məşhur basketbolçunun analizinin cavabı müsbət çıxıb.
"Diqqətli olun, özünüzü qoruyun və karantin qaydalarına əməl edin. Hamımız birlikdə bu sınaqdan keçəcəyik", - deyə ulduz basketbolçu qeyd edib.
"Bruklin"in daha 3 oyunçusunun koronavirusa yoluxduğu bildirilir.
Daha əvvəl Rudi Qober ("Yuta"), Donovan Mitçell ("Yuta") və Kristian Vudda ("Detroyt") koronavirus aşkarlanmışdı.