Məşhur idmançıdan nümunəvi addım

"Formula 1" üzrə ikiqat dünya çempionu Fernando Alonso da koronavirus pandemiyası ilə mübarizəyə qatılıb.
 
Sportline.az xəbər verir ki, ispan pilot həkimlərə 4 min qoruyucu kostyum və 300 min maska bağışlayıb.
 
Alonso açıqlamasında bəzi ölkələrin məsələyə qeyri-ciddi yanaşdıqlarını qeyd edib:
 
"Şükürlər olsun ki, siyasətə heç bir aidiyyatım yoxdu. Hökumətin gördüyü tədbirlərin doğru və ya yanlış olduğu haqda xüsusi danışmaq fikrim yoxdu. Sadəcə, ailəmin, buradakı, İtaliyadakı, Çindəki və digər ölkələrdəki dostlarımın qayğısına qalıram.
 
Məncə, fərqli davranmaq olardı. Bəzi ölkələr məsələyə qeyri-ciddi yanaşdılar. Məsələn, İngiltərə hələ indi lazımi addımları atmağa başlayıb. Və ya ABŞ-ı qeyd edə bilərik. Orada koronavirusa yoluxanların sayı artıq Çini keçib. Mənim dərdim siyasət deyil, sadəcə, insanları düşünürəm".