Məşhur idmançının anası koronavirusun qurbanı oldu

"Minnesota Timbervuls"un basketbolçusu Karl-Entoni Taunsun anası Jaklin Kruz dünyasını dəyişib.
 
Sportline.az xəbər verir ki, 58 yaşlı qadın koronavirusun qurbanı olub.
 
Tauns 25 martda instaqramda paylaşdığı videoda, anasının koronavirusa yoluxduğunu və vəziyyəti ağır olduğu üçün süni tənəffüs aparatına qoşulduğunu bildirmişdi.
 
24 yaşlı basketbolçunun atası da COVID-19-dan əziyyət çəkirdi. Jaklindən fərqli olaraq, o, xəstəliyi yüngül keçirib.