Məşhur idmançıya 10 min dollar cərimə
ABŞ tennisçisi Serena Vilyams 10 min dollar cəriməyə məruz qalıb.
Sportline.az xəbər verir ki, buna 38 yaşlı idmançının Uimbldon məşq kortunun ot örtüyünü zədələməsi səbəb olub. İnsident ötən həftəsonu yarışdan əvvəl baş verib. Uilyams raketkasını korta çırparaq örtüyə ziyan vurub.
Qeyd edək ki, Serena Uilyams Böyük Dəbilqə seriyalı Uimbldon turnirində bu gün həmyerlisi Elison Riskə qarşı 1/4 final görüşünə çıxacaq. Turnirə iyulun 14-də yekun vurulacaq.