Məşhur idmançıya vəzifə verildi
Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, Universiada və I Avropa Oyunlarının qalibi Rəsul Çunayevə vəzifə verilib.
Sportline.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.
35 yaşlı veteran idmançının işi bütün ölkə ərazisində uşaq və yeniyetmə güləşinin inkişafı ilə bağlı olacaq.
Qeyd edək ki, bundan əvvəl, karyerasını başa vuran digər veteran güləşçilər - Mariya Stadnik qadın, Hacı Əliyev sərbəst, Rafiq Hüseynov yunan-Roma güləşi üzrə kurator vəzifələrinə təyin olunub.