Məşhur klub 5-ci diviziona göndərilə bilər
Fransanın məşhur klublarından olan "Bordo" ağır günlərini yaşayır.
Sportline.az xəbər verir ki, maliyyə sıxıntılarında boğulan klub yeni mövsümə 3-cü divizionda başlamaq məcburiyyətində qalıb.
Bu haqda "RMC Sport" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, sponsorların uzaqlaşdığı Bordo təmsilçisi yerli inzibati idarəetmənin dəstəyi ilə aşağı liqada mübarizə aparacaq.
Hazırda Fransa Futbol Federasiyası onlardan zəmanət haqqında təsdiq gözləyir.
Əks təqdirdə "Bordo" 4-cü və ya 5-ci diviziona gözndərilə bilər.
Qeyd edək ki, Fransanın 6 qat çempionu ötən mövsümü ikinci liqanın 12-ci pilləsində başa vurmuşdu.