“Barselona” Qvardiol üçün hərəkətə keçib
“Barselona”nın Joşko Qvardiolu transfer etmək istədiyi üzə çıxıb.
Sportline.az xəbər verir ki, Kataloniya klubunun ötən yay xorvatiyalı müdafiəçinin keçidi ilə bağlı “Mançester Siti” ilə əlaqə saxladığı bildirilir. Lakin Qvardiol İngiltərə klubundan ayrılmaq istəməyib.
“Barselona” müdafiə xəttini gücləndirmək üçün futbolçunu əsas namizədlərdən biri kimi nəzərdən keçirib. Hazırda onun “Siti”dəki gələcəyi ilə bağlı yeni qərarın olub-olmayacağı məlum deyil.