“Napoli”də Mektominay böhranı
“Napoli”nin yarımmüdafiəçisi Skott Mektominayın gələcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.
Sportline.az xəbər verir ki, Şotlandiya millisinin üzvü gələn yay İtaliya klubundan ayrıla bilər. “Napoli” futbolçunu azad agent kimi itirmək istəmir və mümkün transferdən gəlir əldə etməyə çalışır.
Mektominayın hazırkı müqaviləsinin müddəti klub rəhbərliyini narahat edən əsas məsələlərdən biridir. Futbolçunun illik 8 milyon avro maaş tələb etdiyi də bildirilir.