Məşhur klubun baş məşqçisi koronavirusa yoluxdu

"Arsenal”ın baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

Sportline.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Klubun bazası bağlanıb və son zamanlar ispan mütəxəssislə təmasda olmuş əməkdaşlar karantinə alınıb.

Klubun məşqçi qərargahının yerləşdiyi yerlərdə dezinfeksiya işləri görüləcək və Arteta ilə təmasda olmayanlar yaxın vaxtlarda öz vəzifələrinin icrasına qayıdacaqlar.