Məşhur klubun sahibi koronavirusa yoluxdu

Moskva "Spartak"ının Direktorlar Şurasının sədri Leonid Fedun koronavirusa yoluxub.
 
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı funskioner hazırda xəstəxanada müalicə alır. "Spartak"ın bəyanatında qeyd olunub:
 
"Klub Leonid Arnoldoviçə ən qısa müddət ərzində sağlamlığına qovuşmasını arzulayır".
 
Qeyd edək ki, Moskva "Spartak"ının digər sahibi, həmyerlimiz Vahid Ələkbərovdur.