Məşhur motosikletçiyə narkotikə görə ağır cəza

MotoGP-də "Aprilia" komandasında çıxış edən motosikletçi Andrea Yannone diskvalifikasiya edilib. 

Sportline.az Beynəlxalq Motosiklet Federasiyasına istinadən xəbər verir ki, buna italiyalı sürücünün narkotik istifadə etməsi səbəb olub. Noyabrda keçirilmiş Malayziya Qran-prisindəki testlərdən sonra Yannone də dopinq aşkarlanıb. Motosikletçi B nümunəsinin yoxlanılmasını tələb etmək hüququna malikdir. 

Qeyd edək ki, Yannone 2016-cı ildə Avstriya Qran-prisinin qalibi olub.