Məşhur müğənnidən Mübariz Mənsimova dəstək

Tanınmış müğənni Nazənin İstanbulda saxlanılan iş adamı Mübariz Mənsimova dəstək nümayiş etdirib.
 
Sportline.az xəbər verir ki, sənətçi sosial media hesabında canlı yayıma çıxaraq "Palmali” prezidentinin həbsindən kədərləndiyini bildirib.
 
O, Türkiyənin müvafiq qurumlarından Mənsimovun işinə ədalətli baxılmasını və tezliklə azadlığa çıxmasını xahiş edib. Sənətçi çıxışı zamanı kövrəlib və daha sonra ağlamağa başlayıb.
 
Qeyd edək ki, Türkiyə mətbuatı M.Mənsimovun FETÖ işi çərçivəsində saxlanıldığını yazıb.