Məşhur mütəxəsis ürək əməliyyatı keçirtdi

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri kiçik ürək əməliyyatı keçirib.

Sportline.az xəbər verir ki, sabiq “Çelsi” çalışdırıcısına ürək ritmini pozan atrial fibrilasiya diaqnozu qoyulub.

İtaliya mətbuatının məlumatına görə, müdaxilə planlı və rutin xarakter daşıyıb.

Klub 66 yaşlı mütəxəssisin yaxın günlərdə adi iş rejiminə qayıdacağını gözləyir.

Sarri 2025-ci ilin iyununda “Latsio”nun baş məşqçisi postuna ikinci dəfə təyin olunub. Hazırda paytaxt klubu A Seriyasında 17 turdan sonra 6 qələbə ilə 8-ci pillədə qərarlaşıb. “Latsio” bazar günü evdə “Napoli”ni qəbul edəcək.