Məşhur portuqaliyalı məşqçidən son xəbər

"Marsel"in baş məşqçisi Andre Villaş-Boaş komandada qalmağa qərar verib.

Sportline.az "RMC Sports"a istinadla xəbər verir ki, 42 yaşlı portuqaliyalı mütəxəssis klubda xoşbəxt olduğunu deyib:

"Marsel"də çox xoşbəxtəm. Çempionlar Liqasında iştirak etmək arzusundayam. Ancaq iqtisadi vəziyyətimizin nə qədər sabit olduğunu bilmək istəyirəm. Yaxşı iş üçün şərait yoxdursa, o zaman layihə buna dəyməz. Məşqçi klubda özünə inamı hiss etməlidir".

"Marsel" koronavirusa görə başa vurulan Fransa I Liqasında 2-ci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.