Məşhur qapıçı ağır zədə alıb

"Vest Hem"in polşalı qapıçısı Lukas Fabianski zədələnib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 18-ci turunda "Sauthempton"a qarşı keçirilən oyunda zədələnib. 39 yaşlı qolkiper matçın 28-ci dəqiqəsində rəqib futbolçu Natan Vuudla toqquşaraq başından zərbə alıb.

Zədə alan qapıçı xəstəxanaya aparılıb. Onun vəziyyəti tibbi müayinədən sonra müəyyən ediləcək.

Qeyd edək ki, həmin qarşılaşmada "Vest Hem" 1:0 hesabı ilə qalib gəlib.

Fabianski bu mövsüm 13 oyunda iştirak edib və bir neçə böyük klubun diqqət mərkəzindədir. O, bir müddət "Arsenal'ın da qapısını qorumuşdu.