Məşhur rusiyalı aparıcıya "Qarabağ"ın forması hədiyyə edildi
Rusiyanın birinci kanalında yayımlanan populyar "Pole çudes" verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub.
Sportline.az xəbər verir ki, qonaqlardan biri tanınmış şoumen və aparıcı Murad Dadaşov olub.
O, aparıcı Leonid Yakuboviçə "Qarabağ"ın futbolçularının imzaladığı köynək və Çempionlar Liqasının qrup mərhələsində oynanılan topu hədiyyə edib.
Qeyd edək ki, Yakuvoviç 18 oktyabrda keçirilən "Qarabağ" - "Atletiko" oyununu Bakıda canlı izləyib.