Məşhur şərhçidən Mxitaryan məsələsinə münasibət

ABŞ-ın məşhur idman telekanalı ESPN-də, “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının finalına gəlməkdən imtina etməsinə münasibət yayımlanıb.

Sportline.az xəbər verir ki,  kanalın tanınmış şərhçisi Stiv Nikol, Mxitaryanın finalda oynamayacağını “Arsenal” komandası üçün ciddi itki olmadığını bildirib. Stiv Nikol fikrini, Mxitaryanın London klubuna gəldiyi gündən heç də mükəmməl formada olmaması, güclü performans göstərməməsi ilə əsaslandırıb. Buna görə də o, Bakıdakı finalın baykot edilməsi ilə bağlı çağırışları yanlış yanaşma kimi qiymətləndirib. “Oyun mütləq keçirilməlidir” – sitatın sonu.