Messi "Barselona"ya qayıdır?
"İnter Mayami"nin argentinalı ulduz futbolçusu Lionel Messi klubdan ayrıla bilər.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Messini icarə əsasında heyətinə qatmaq istəyir.
Leonun "İnter Mayami" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, 37 yaşlı futbolçu 2005-2021-ci illər ərzində "Barselona"da çıxış edib.