Messi Dünya çempionatında oynamaq istəyir
Argentina millisinin kapitanı Lionel Messi 2030-cu ildə keçiriləcək Dünya çempionatında iştirak etməyi hədəfləyir.
Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı ulduz futbolçunun əsas məqsədlərindən biri Kriştiano Ronaldonun Dünya çempionatlarında qol vurduğu altı turnirlik rekordu ilə eyni göstəriciyə çatmaqdır.
Ronaldo 2026-cı il mundialında altıncı fərqli Dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Messi və Ronaldo artıq dünya çempionatlarında altı dəfə iştirak edən futbolçular sırasında yer alırlar və hər iki əfsanənin 2030-cu il mundialında çıxış edib-etməyəcəyi futbol ictimaiyyətində maraqla gözlənilir.