Messi ilə unudulmaz görüş
Plastik paketin üzərində Messi yazılı geyimi ilə çoxlarını təsirləndirən 6 yaşlı əfqanın arzusu gerçəkləşib. Sportline.az xəbər verir ki, argentinalı hücumçu həmin Murtuza ilə görüşüb. Əfqanıstanın Futbol Federasiyasının təşkil etdiyi görüş
“Barselona”nın “Əl Əhli” ilə yoxlama oyununda reallaşıb. Messi ilə meydana çıxan balaca fanatı argentinalı ulduzdan çətinliklə ayırıblar.