Messi İspaniya tarixinin ən yaxşısı seçildi
İspaniya futbolu tarixinin ən yaxşı futbolçusu müəyyənləşib. SportLine.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistik Araşdırmaları Mərkəzinin (IFFHS) təhlillərinə görə, “Barselona”nın üzvü Lionel Messi bütün rəqiblərini qabaqlayıb.
9280 futbolçunun, 86 mövsümdəki nəticələrinin analizindən sonra 545 xal toplayan argentinalı hücumçu İspaniya futbol tarixinin ən yaxşısı elan olunub.
İkinci yerdə “Real”ın əfsanəvi oyunçusu, 528 xala sahib olan Raul qərarlaşıb. Keçmiş “Barselona”lı Sezar Sançes isə 524 xal toplayıb və üçüncü olub.