Lionel Messi karantinə alınacaq

“Barselona”nın futbolçusu Lionel Messi Argentinaya qayıtdıqdan sonra 14 günlük karantinə alınacaq.

Sportline.az az xəbər verir ki, Argentina millisinin təlim-məşq toplanışına gələn bütün futbolçular koronavirusa görə nəzarətə götürüləcək.

Qeyd edək ki, Lionel Messi Argentina millisinin Ekvador və Boliviya ilə DÇ-2022-nin seçmə mərhələ oyunları üçün milliyə çağırılıb.