Messi klub satın aldı
Messi İspaniya klubunu satın alıb.
Sportline.az xəbər verir ki, Argentina millisinin və dünya futbolunun ulduzu Lionel Messi bu dəfə meydandan kənarda böyük addımı ilə gündəmə gəlib.
37 yaşlı futbolçu İspaniyanın aşağı liqasında çıxış edən “Kornelya” klubunu satın alıb.
Rəsmi məlumata görə, Messi artıq Kataloniya təmsilçisinin tam sahibidir.
Bu addım futbol ictimaiyyətində böyük rezonans doğurub və onun gələcək planları ilə bağlı müzakirələri artırıb.
Messinin bu qərarı təsadüfi sayılmır. O, uzun illər “Barselona”da çıxış edib və Kataloniya ilə güclü bağlara malikdir.
Bu səbəbdən “Kornelya”nın alınması həm emosional, həm də strateji addım kimi qiymətləndirilir.