Messi son 4 ildə ilk dəfə buna nail oldu

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya çempionatını bombardir kimi başa vurub. Sportline.az xəbər verir ki, argentinalı futbolçu 34 oyuna 37 qolla bütün rəqiblərini qabaqlayıb. Ən yaxın izləyicisi və komanda yoldaşı Luis Suaresin aktivində 29 qol var. Bombardirlik yarışında 3-cü yeri isə, 25 qolla Kriştianu Ronaldu tutub. Xatırladaq ki, Messi sonuncu dəfə 2012/2013 mövsümündə ən sərrast futbolçu adını qazanmışdı. Həmin mövsüm o rəqib qapılarından 46 top keçirmişdi.