Messi Yamal haqqında danışıb

"İnter Mayami"nin məşhur futbolçusu Lionel Messi parlaq perspektiv vəd edən gənc oyunçunun adını açıqlayıb.  

Sportline.az xəbər verir ki, 37 yaşlı hücumçunun bu fikirləri "Football Espana" tərəfindən yayımlanıb.  

Messi hazırkı gənc futbolçuların oyun tərzindən razı olduğunu bildirib.  

"Təbii ki, Lamin Yamal haqqında məlumatım var. O, davamlılığını qorumalıdır, bu həm özündən, həm də başqa faktorlarla bağlıdır. O artıq öz bacarığını sübut edib və inanıram ki, Lamin Yamalı parlaq gələcək gözləyir", - deyə Messi qeyd edib.