Messidən duyğulandıran etiraf: “Oğlum mənimlə Argentina millisində oynamaq istəyir”
Lionel Messi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Sportline.az saytı “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki , Argentina millisinin kapitanı bildirib ki, oğlu milli komandada karyerasını bir neçə il də uzatmağı xahiş edir:
Lionel Messi: “Oğlum tez-tez mənə deyir: "Ata, bir neçə ildə davam gətir. Səninlə Argentina millisində birlikdə oynamaq istəyirəm.’”
Bu sözlər futbolsevərlər arasında böyük maraq doğurub. Messinin beynəlxalq karyerasını nə vaxta qədər davam etdirəcəyi hələ dəqiq bilinməsə də, onun ailəsinin bu arzusu sosial şəbəkələrdə geniş müzakirə olunur.