Messinin sonu deyilən gün, əslində yeni başlanğıc idi – tarix tam əksini yazdı
2018-ci il Dünya çempionatının 1/8 finalında Fransa millisi Argentinanı məğlub etdikdən sonra "BBC Sport" belə bir başlıq vermişdi: “Kilian Mbappe dövrünün başlanğıcı və Lionel Messinin sonu.”
Sportline.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, sonrakı illərdə hadisələrin tam əksi oldu və Lionel Messi futbol tarixinin ən yadda qalan uğurlarına imza atdı.
Argentinalı ulduz həmin vaxtdan sonra;
Argentina ilə Dünya çempionatının qalibi oldu və finalda Mbappenin çıxış etdiyi Fransa millisini məğlub etdi;
2 dəfə Amerika kubokunu qazandı;
Finalissima kubokuna sahib çıxdı;
4 liqa çempionluğu yaşadı;
3 dəfə “Qızıl top” (Ballon d’Or) mükafatını qazandı;
3 dəfə FIFA "The Best" mükafatına layiq görüldü;
2 dəfə Laureus Dünya İdman Mükafatını qazandı;
Avropa “Qızıl Ayaqqabı” mükafatını əldə etdi;
2019-cu ildə isə futbol tarixinin ən möhtəşəm fərdi mövsümlərindən birini keçirdi.
Bundan əlavə həmin başlıqdan səkkiz il sonra Messi artıq Avropanı tərk etsə də, futbolun diqqət mərkəzində qalmağa davam etdi. Mbappeyə “Qızıl top” uğrunda bütün imkanların yarandığı dövrdə belə, fransız hücumçu bu mükafatı qazana bilmədi.
Beləliklə, vaxtilə Messinin dövrünün başa çatdığını iddia edən proqnozların əksinə, argentinalı əfsanə karyerasını yeni tarixi nailiyyətlərlə davam etdirərək futbol tarixindəki yerini daha da möhkəmləndirdi.