Messinin vurduğu qol ən yaxşı seçildi

“Barselona”nın hücumçusu Lionel Messinin vurduğu qol UEFA bayrağı altında keçirilən yarışlarda 2015/16 mövsümünün ən yaxşısı seçilib. SportLine.az xəbər verir ki, UEFA-nın saytında aparılan sorğunun nəticələrinə əsasən Messinin “Roma”nın qapısına vurduğu qol 34 faiz səslə digərlərini qabaqlayıb. İlk beşliyi portuqaliyalı futzalçı Rikardinyo, Xerdan Şakiri, Kamil Ebili və Saul qapayır.