Messinin yeni təyyarəsi

"Barselona"nın kapitanı Lionel Messi lüks təyyarə alıb.

Sportline.az xəbər verir ki, təyyarənin pilləkənlərində Messinin, həyat yoldaşı Antonela və uşaqları Tiaqo, Çiro və Mateonun adları yer alıb.

Təyyarənin daxilində mətbəx, iki vanna otağı və səkkiz çarpayıya çevrilən 16 kreslo var.

Qeyd edək ki, təyyarə Messiyə 12 milyon avroya başa gəlib.