Məsut Özil "Arsenal"ı "Barselona"ya dəyişir

"Arsenal"ın türk əsilli futbolçusu Məsut Özil komandadan ayrılmaq niyyətindədir.

SportLine.az "Marca"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonunda "Premyer Liqa" ilə vidalaşmaq istəyir. Bu, reallaşsa, futbolçu karyerasını, çox güman ki, "Barselona"da davam etdirəcək. Yayılan xəbərlərdə artıq katalonların Özillə danışıqlar apardığı bildirilir.

Futbolçunun menecerlərinin "Bild" nəşrinə açıqlamasında isə, ""Arsenal" Özillə müqavilə müddətini uzatmaq niyyətindədir. Lakin futbolçu ilə Avropanın başqa nəhəng klubları da yaxından maraqlanır. Qərarımızı mövsümün sonunda verəcəyik", - deyə qeyd olunub.

2013-cü ildən "Arsenal"ın şərəfini qoruyan 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Şalke", "Verder" və "Real" klublarının da uğurları üçün çalışıb.