Meyno fikrində qətidir

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobi Meyno klubdan ayrılmaq fikrində qətidir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops məlumat yayıb.

20 yaşlı oyunçu Dünya Çempionatına qədər forumda olmaq istəyir. Bu səbəbdən daha çox oynayacağı komandaya keçmək niyyətindədir.

Qeyd edək ki, Meyno bu mövsüm cəmi 273 dəqiqədə meydanda olub. Aktivində 1 məhsuldar ötürmə var.