Meyno İtaliya nəhənginə keçə bilər
“Mançester Yunayted”də forma şansı tapa bilməyən Kobi Meyno “Napoli”yə transfer olmaq istəyir.
Sportline.az jurnalist Nikola Şıkiranın məlumatına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin meneceri İtaliya klubu ilə danışıqlara başlayıb.
İngiltərə klubu futbolçusu üçün ən azı 45 milyon avro tələb edəcək.
Qeyd edək ki, Meyno bu mövsüm cəmi 302 dəqiqə meydanda olub.