Meyno İtaliya nəhənginə transfer ola bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobi Meyno İtaliya nəhənginin transfer radarına düşüb.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Napoli" ingiltərəli futbolçunu transfer etməkdə israrlıdır.

20 yaşlı oyunçunun transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, Meyno "Mançester Yunayted"dən ayrılmaq fikrində qətidir.