Meyno "Mançester Yunayted"i tərk edə bilər

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno gələn ilin yayında komandasını dəyişə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Napoli" 20 yaşlı yarımmüdafiəçini transfer etməyə çalışır.

K.Meynonun transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçunun "Mançester Yunayted"lə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.