Meyno "Mançester Yunayted"lə yeni müqavilə imzalaya bilər

"Mançester Yunayted" ingiltərəli futbolçusu Kobi Meyno ilə yeni müqavilə imzalamağa yaxındır.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi cari mövsüm meydana çıxdığı 19 matçda 3 asistlə yadda qalıb.

Qeyd edək ki, K.Meynonun klubla hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.