Mikayıl Cabbarov Güləş Federasiyasının prezidenti seçildi
Azərbaycan Güləş Federasiyasında (AWF) hesabat-seçki konfransı keçirilib.
Sportline.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib. O, Namiq Əliyevi əvəzləyib.
Qeyd edək ki, Namiq Əliyev 2018-ci ilin oktyabrından prezident əvəzi kimi çalışıb.