"Milan" 28 yaşlı oyunçu ilə yola davam edəcək
"Milan" 28 yaşlı stopperi Fikayo Tomori ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, İtaliya klubu ingiltərəli futbolçu ilə yeni müqavilə imzalayacaq.
F.Tomorinin "Milan"la hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 19 matçda 3 asistlə yadda qalıb.