"Milan" azarkeşləri bu xəbərə üzüldü

"Milan"ın müdafiəçisi Davide Kalabriya sağ dizindən əməliyyat olunub.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Əməliyyatın uğurlu keçdiyi bildirilib. Onun təxminən 30 gün yaşıl  meydanlardan uzaq qalacağı vurğulanıb.

Qeyd edək ki, Kalabriya bu mövsüm 34 matçda oynayıb və 2 qol vurub.