"Milan" azarkeşlərinə şad xəbər

Bu gün “Milan” A Seriyasında yeni mövsümün ilk oyununa çıxacaq.

Sportline.az “Football İtalia”ya istinadən xəbər verir ki, “Bolonya” ilə “San Siro”da keçiriləcək görüşə azarkeşlər də buraxılacaq. Bu, pandemiya dövründə A Seriyasında ilk belə haldır.

Min nəfər azarkeşin oyunu tribunadan izləməsinə icazə verilib. “Milan” həkimlər və digər səhiyyə işçilərini matça dəvət edib. Lombardiyanın müxtəlif tibbi müəssələrinin işçilərinə bilet paylandığı bildirilir. Bu, klubun koronavirusla mübarizədə göstərdikləri xidmətlərinə görə həkimlərə minnətdarlığıdır.

Futbolçuların ailə üzvlərinə və klubun tibbi işçilərinə də bilet paylanılıb.

Qeyd edək ki, “Milan” – “Bolonya” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.