"Milan" "Bolonya" ilə matça itkilərlə çıxacaq

İtaliya A Seriyasında 9-cu turdan təxirə salınan görüşdə "Milan" səfərdə "Bolonya" ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, "Milan" bu oyuna ciddi itkilərlə çıxacaq. Alessandro Florenzi, Emerson Royal, Kayl Uolker və Ruben Loftus-Çik zədə səbəbindən matçda iştirak edə bilməyəcək.

"Bolonya"da isə Emil Holm və Estanis Pedrola baş məşqçi Vinçenso İtalianonun sərəncamında olmayacaq. Oyunun ədalət təmsilçisi Maurizio Mariani olacaq.

Qeyd edək ki, "Bolonya" - "Milan" oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.