“Milan” “Borussiya” ilə anlaşıb

“Borussiya Dortmund”un amerikalı futbolçusu Ciovanni Reyna karyerasını “Milan”da davam etdirəcək.

Sportline.az insayder Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, İtaliya klubu bu həftə “Borussiya”nın rəsmiləri ilə görüş təşkil edəcək.

Reyna üçün Almaniya klubu 20 milyon avro tələb edir.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 10 matçda 2 qolla yadda qalıb.