"Milan" "Çelsi"nin futbolçusuna göz qoydu
"Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku karyerasını İtaliyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Milan" 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Bu haqda jurnalist Santi Aouna məlumat yayıb.
Nkunku "Çelsi"dən ayrılmaq fikrinə müsbət yanaşır.
Qeyd edək ki, oyunçunun meneceri "Milan"la təmas halındadır.