Milan derbisindən "İnter" qalib ayrıldı
Futbol üzrə İtaliya A Seriyasında XXIII turunnda "Milan" - "İnter" görüşü maraqla gözlənilirdi.
Sportline.az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda keçirilən oyun nominal qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.
İlk 2 qolu 5-ci və 57-ci dəqiqələrdə Lautaro Martines vurub. Son nöqtəni isə 66-cı dəqiqədə Romelu Lukaku qoyub.
Bu nəticədən sonra xalını 53-ə çatdıran "İnter" liderliyini möhkəmlədib və ən yaxın izləyicisi "Milan"ı 4 xal geridə qoyub.