"Milan" fanatlarına şad xəbər

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç zədəsini sağaldıb.

Sportline.az xəbər verir ki, 40 yaşlı futbolçu 1,5 aylıq fasilədən sonra məşqlərə qatılıb.

İsveçli forvard əvvəlcə 2020-ci il noyabrın 22-də "Napoli"yə 3:1 hesabı ilə qalib gəldikləri A Seriyasının oyununda baldır əzələlərini dartıb. O, meydanlara qayıdış ərəfəsində isə əzələsindən daha bir xəsarət alıb.

İbra hələlik fərdi proqramla məşq edir. O, çox güman ki, yanvarın 18-də "Kalyari" ilə görüşdə meydana çıxa biləcək.

Qeyd edək ki, Zlatan cari mövsümdə forma geyindiyi 10 oyunda rəqib qapılarına 11 qol vurub.