"Milan" "Feyenoord"a qarşı

UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Sportline.az xəbər verir ki, Rotterdamda rəqibinə 0-1 hesabı ilə məğlub olan “Milan” İtaliyada bunun əvəzini çıxmağa çalışacaq.

Heyətlərə nəzər saldıqda “Milan”da əsas itki Alessandro Florenzi, Emerson Royal və Ruben Loftus Çikin adı ilə bağlıdır.

“Feyenoord”da isə itkilərin sayı kifayət qədərdir. Ayase Ueda, Fakundo Qonzalez, Castin Billov, Bart Niyukoop, Gernot Trauner, Cordan Lotomba, Kris Nevin Nadje, İn Boem Hvanq, Kuentin Timber və Ramiz Zerrouiki iştirak ərzəsində yer almayıb.

Oyunun ədalət təmsilçisi polşalı Şimon Marçinyak olacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.